Yuxarı

Bu qatarların hərəkət cədvəli dəyişdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qatarların hərəkət cədvəli dəyişdirilir

Azərbaycanda sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar dekabrın 8-dən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.

Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib.

Məlumata görə, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə, Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən ölkədaxili sərnişin qatarlarının yolda olma müddədti isə 50 dəqiqə azaldılıb.

Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən 38/37 nömrəli beynəlxalq sürət qatarı Bakıdan saat 23-15-də (20-40 əvəzində) yola düşəcək. Tbilisiyə qatar saat 10-35-də (8-55 əvəzində) çatacaq Tbilisidən saat 20-35-də yola düşərkən Bakıya saat 7-30-da (8-52 əvəzində) çatacaq. Sərnişinlərin sərhəd-nəzarət məntəqəsində erkən saatlarında yoxlamaların aparılmaması yeni hərəkət qrafikində nəzərə alınıb.

Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən 666/665 nömrəli sərnişin qatarı yeni hərəkət cədvəlində 66/65 nömrəsi ilə sürət qatarı kimi hərəkət edəcək. Qatar Bakıdan saat 23-55-də (23-00 əvəzində) yola düşəcəkdir. Böyük Kəsik stansiyasına qatar saat 8-55-də (8-50 əvəzində) çatacaq. Böyük Kəsik stansiyasından saat 21-40-da (20-20 əvəzində) yola düşərkən Bakıya saat 6-25-də-da (6-30 əvəzində) çatacaq.

Yeni hərəkət cədvəlində "Rusiya Dəmir Yolları" SC-yə məxsus olan 392/391 nömrəli Rostov-Bakı-Rostov sərnişin qatarının tərkibində əlavə olaraq Novorossiysk-Bakı-Novorossiysk və Mahaçqala-Bakı-Mahaçqala qoşma vaqonları hərəkət edəcək.

Tarix
2019.12.06 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla