Yuxarı

Bakıda tramvay nəqliyyatı bərpa olunur - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda tramvay nəqliyyatı bərpa olunur - Video

Azərbaycan Türkiyənin meqapolisi olan İstanbuldakı nəqliyyat idarəetmə təcrübəsini Bakıda tətbiq etmək istəyir. Bu məqsədlə Bakı Nəqliyyat Agentlyinin rəsmiləri bu şəhərdəki nəqliyyat idarəetməsi ilə yerində tanış olublar.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin İdarəetmə Mərkəzində keçirilən görüşdə ictimai nəqliyyatın idarə olunması prosesi haqda məlumat verilib. Görüş zamanı ictimai nəqliyyatda sərnişinlərin təhlükəsiz və rahat şəkildə mənzil başına çatması üçün Avropa ölkələrində tətbiq olunan son texnologiyalardan istifadə edildiyi bildirilib.

İstanbul Elektrik Tramvay Tunel Nəqliyyat İdarəsinin rəhbəri Həsən Çelik bildirib ki, nəqliyyat idarəetmə ilə bağlı bütün təcrübəni Azərbaycanla paylaşmağa hazırdırlar.

Qeyd edək ki, Bakı şəhərində ictimai nəqliyyatının idarə olunması üçün yaradılacaq vahid dispetçer xidmətinin formalaşdırılması üçün məhz Türkiyənin təcrübəsindən istifadə olunacaq.

Nəticədə Bakıda tramvay nəqliyyatı yenidən canlanacaq və metrobus nəqliyyatının tətbiqi üçün layihələrin reallaşması nəzərdə tutulur.

Tarix
2019.12.07 / 00:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident xalqımızın torpaq həsrətinə son qoydu - Qafarov

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla