Yuxarı

V çağırışın fəal deputatları - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
V çağırışın fəal deputatları - Siyahı

Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında beşinci çağırış Milli Məclisin deputatlarının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilib.

Axar.az xəbər verir ki, sorğu nəticəsində beşinci çağırış Milli Məclisin ən fəal deputatları müəyyənləşdirilib.

Jurnalistlərin 4 nominasiya (“İlin ən fəal deputatı”, “Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”, “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat”, “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat”) üzrə keçirdikləri sorğunun nəticələri açıqlanıb.

Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan bildirib ki, sorğuda Milli Məclisdə akreditasiya olunan 70-ə yaxın jurnalist iştirak edib. Onun sözlərinə görə, bu, PJB-nin sayca 14-cü sorğusudur:

“Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirmişik. Bildiyiniz kimi, beşinci çağırış Milli Məclis dövlət başçısı tərəfindən buraxılıb və fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Ona görə də qərara gəldik ki, ötən 4 ilin ən fəal deputatlarını cəmiyyətə təqdim edək”.

Dörd il ərzində “İlin ən fəal deputatı” nominasiyasının qalibləri mərhum deputat Yevda Abramov, Siyavuş Novruzov, Zahid Oruc, Qüdrət Həsənquliyev və Fazil Mustafa olub. Bu nominasiyanın qalibləri beşinci çağırış Milli Məclis dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri Qənirə Paşayeva və Vahid Əhmədov olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardmçı olduqlarına görə müəyyən ediliblər.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Cavanşir Feyziyev, Bahar Muradova, Azay Quliyev və Tahir Mirkişili olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.

“Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Əli Hüseynli, Əli Məsimli və Əhliman Əmiraslanovdur. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən edilib.

Tarix
2019.12.09 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Baş Prokurorluqdan əməliyyat: Daha bir vəzifəli saxlanıldı

İsrail səfiri Qarabağdan yazdı: İnanılmazdır...

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Ağır ittihamlar

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Sahibə Qafarova Misirdə səfərdədir

Rusiyadan imtina edib Bakıdan alacağıq - Matevosyan

Düşmən Ordumuzu dayandırmaq üçün, görün, nə edib - Video

Putin İradə Zeynalovaya rütbə verdi

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla