Yuxarı

Yeni ili xaricdə qeyd etmək neçəyədir? – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tur şirkətləri Yeni ili xarici ölkələrdə qarşılamaq istəyənlər üçün müxtəlif paketlər hazırlayıblar.

Axar.az xəbər verir ki, Yeni ili Moskvada qarşılamaq istəyənlər üçün 8 günlük tur təklif olunur. 28 dekabrdan start verilən tur 4 yanvar tarixində başa çatır. “Mersedes 403” markalı avtobusla nəzərdə tutulan turun qiyməti 229 dollardır. Yol xərcləri, “İzmailovo Beta” otelində gecələmək, səhər yeməyi, otelin Yeni il şənliyində iştirak qiymətə daxildir.

Digər tur şirkəti isə Moskvada daha fərqli Yeni il şənliyi təklif edir. Belə ki, 30 dekabr tarixindən 2 yanvara qədər nəzərdə tutulan turun qiyməti 592 dollardır. Qiymətə “Radisson Blu Belorusskaya” (dördulduzlu) otelində gecələmək, təyyarə ilə gediş-gəliş, səhər yeməyi, proqram üzrə transport, ekskursiyalar və muzeylərə giriş biletləri daxildir. Həmçinin bayram günü otelin təşkil etdiyi tədbirdə də iştirak nəzərdə tutulur.

Yeni ili İstanbulda qeyd etmək isə cəmi 199 dollardır. Qiymətə “Mersedes Travego” avtobusu ilə gediş-dönüş, “Hotel Star Park İstanbul”da 28 dekabrdan 4 yanvara qədər gecələmək və səhər yeməyi daxildir.

Cəmi 89 dollara isə Yeni ili Tiflis-Msxeta-Bakurianidə qeyd etmək olar. 29 dekabrdan 2 yanvara qədər davam edəcək gəzinti “Mersedes 403” markalı avtomobillə həyata keçirilir. Qiymətə Gürcüstanın bir-birindən maraqlı 3 bölgəsində olmaq, yol xərcləri, “Röyal Sky” otelində gecələmək və səhər yeməyi daxildir.

Yeni ili Finlandiyada keçirmək istəyənlər üçün də müxtəlif turlar təşkil olunur. “Hullo Poro” (dördulduzlu) otelində 1212 avro, “Levi Panorama” (dördulduzlu) otelində 1285 avro, “Levi Chalet” (beşulduzlu) otelində isə 1968 avroya Yeni ili qeyd etmək mümkündür.

Qiymətlərə seçdiyiniz oteldə 7 gecə, 8 gün qalmaq, aviabilet, transferlər, sığorta daxildir. Səyahət tarixləri 28 dekabr-4 yanvardır. Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb. Uçuşlar Ukrayna Hava Yolları ilə həyata keçirilir.

Yeni il üçün Dubay turları da təşkil edilir. Hazırda Dubayda qar olmasa da, Yeni ili isti havada qarşılamaq istəyənlər də unudulmayıb. Belə ki, 30 dekabr-2 yanvar tarixlərini əhatə edən səfər seçdiyiniz otelin qiymətinə əsasən dəyişir.

“Delmon Boutique” (üçulduzlu) otelində 550 dollar, “Landmark Plaza Baniyas” (üçulduzlu) otelində 560 dollar, “Al Farej” (üçulduzlu) otelində 575 dollar, “Landmark Summit” (dördulduzlu) otelində 630 dollar, “Hilton Dubai Creek” (beşulduzlu) otelində isə 890 dollara Yeni ili qeyd edə bilərsiniz.

Qiymətə aviabilet, oteldə gecələmə, səhər yeməyi və sığorta daxildir. Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.

Yeni ili Norveçdə qeyd etmək 1120 avro ilə 1370 avro arasında dəyişir. 29 dekabr tarixindən 3 yanvar tarixinə kimi nəzərdə tutulmuş səyahət “Augustin Hotel”də 1120 avro, “Zander K Hotel”də 1190 avro, “Grand Hotel Terminus”da 1205 avro, “Bergen Bors Hotel”də 1370 avroya başa gəlir.

Qiymətə baqajsız aviauçuş, oteldə gecələmə, səhər yeməyi, transfer və sığorta daxildir. Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb.

Tarix
2019.12.11 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakı ilə danışıqların bir nəticəsi ola bilərdi... - Paşinyan

“Qeyri-səlis məntiq və dil-nitq” kitabı müzakirə edildi

Tiktokerlər “sutkalıq həbs” alacaqlar? – Professor

Əliyev və Ərdoğanın bugünkü qərarı: Bakı hərəkətə keçir

Liderlər İlham Əliyevi təbrik edir

Xameneidən təhlükəli çağırış: İki şərt qoyuldu, təxribat ola bilər

İlham Əliyev bunun üçün 20 milyon manat ayırdı

Azər Zahidin əxlaqsızlıq şousunu kim maliyyələşdirir? - Video

Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - Fotofakt

Ərdoğanla Əliyev Suriya ilə bağlı razılaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla