Yuxarı

Konsulluğumuz ABŞ-da kimsəsizlərə süfrə açdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan geniş xeyriyyə aksiyası keçirilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən Axar.az-a verilən məlumata görə, aksiyada, San Dieqoda yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, 1000-ə yaxın insana isti yeməklər paylanılıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir, Kaliforniyanın ən böyük xeyriyyə təşkilatlarından olan “Cou Ata Kimsəsizlər Sığınacağı”nda təşkil olunub.

Tədbirdən öncə “Cou Ata Kimsəsizlər Sığınacağı” xeyriyyə təşkilatının direktoru Paul DeLessio ilə görüş keçirilib. Görüşdə Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışılıb. Heydər Əliyevin xalqın təkidilə ilə 1993-cü ildə hakimiyyətə qayıdaraq Azərbaycanı böyük bəlalardan xilas etdiyi, ölkəmizin müstəqilliyinin qorunmasında və daha da gücləndirilməsində əvəzsiz rol oynadığı vurğulanıb. Ulu Öndərin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, nəticədə Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan və inkişaf edən ölkələrindən birinə çevrildiyi diqqətə çatdırılıb.

“Cou Ata Kimsəsizlər Sığınacağı” xeyriyyə təşkilatı Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Baş Konsulluq tərəfindən təşkil olunan xeyriyyə aksiyasına evsahibliyi etmələrindən məmnunluq duyduqlarını, bu aksiyanın San Dieqoda yaşayan böyük sayda kimsəsiz və evsiz-eşiksiz insanların isti yeməklərlə təmin olunmasında böyük rol oynadığını vurğulayıb. Qeyd edilib ki, bu xeyriyyə tədbiri, eyni zamanda, Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının böyük göstəricilərindən biridir.

Qeyd edək ki, San Dieqoda hazırda 8 mindən çox evsiz-eşiksiz insan yaşayır.

Tarix
2019.12.11 / 10:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizi yarı yolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla