Yuxarı

Bakıda 90 yaşlı qadına qarşı quldurluq edən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 90 yaşlı qadına qarşı quldurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, dekabrın 10-u saat 13 radələrində naməlum şəxs Neapol küçəsində 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olaraq onun boğaz nahiyəsindən tutaraq pul verməsini tələb edib. Zərərçəkən qadın hadisədən sonra huşunu itirib yıxıldığından həmin şəxs hadisə yerini tərk edib.

Qeyd edilən quldurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Akif Məmiyev saxlanılıb. O, ifadəsində hadisəni tamah məqsədi ilə törətdiyini bildirib.

Faktla bağlı Akif Məmiyev barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2019.12.12 / 15:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla