Yuxarı

Sürücünün “ayağını çıxaran” polis cəzalanmalıdır? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün paytaxtın 20 Yanvar dairəsi yaxınlığında polis əməkdaşının əlil sürücünün ayağından tutaraq zorla yük maşınından düşürmək istəməsi tənqid edilib. Belə ki, sosial şəbəkə istifadəçiləri sürücünün protez ayağının polisin əlində qalmasını onların əlil sürücüyə kobud davranışı kimi xarakterizə edərək, polislərin cəzalandırılmasını tələb edirlər.

Məsələ ilə bağlı Axar.az-a danışan yol nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hər bir sürücünün yol polisinin əmrlərinə tabe olması məcburidir:

“Bu gün əlillik pərdəsi arxasında gizlənən sürücülər çox kobud qayda pozurlar. Əksəriyyətinin ya sənədləri qaydasında deyil, ya da ödənməyən minlərlə manata qədər cəriməsi var. Müzakirə olunan bu məsələyə gəldikdə isə bu yük maşınının əlil insan tərəfindən idarə edilməsi özü böyük təhlükədir. Həmin yük maşını yoxlansa, məlum olacaq ki, əlil üçün konstruksiya orada quraşdırılmayıb. Bu sürücü əmrə tabe olmadığı üçün YPX süni sıxlıq yaradaraq, onu saxlayıb. Amma sürücü yenə maşından düşmək istəmir. Hələ protez ayağı çıxdığı üçün həmin protezlə polisi vurmağa çalışır, söyüş söyür və nalayiq ifadələr işlədir. Dünyanın digər ölkələrində polisin əmrə tabe olmayan sürücü ilə davranışına nəzər salın. Qonşu Gürcüstanda belə hallarda sürücünün qolunu qandallayıb aparırlar. ABŞ-da və digər ölkələrdə yol polisləri bu cür sürücülərlə heyvan kimi davranır. Bizdə isə sürücü protez ayağı ilə polisə hücum edir”.

Ekspert bildirib ki, qanunsuz işlərlə məşğul olan bəzi əlillərimizin hüquq-mühafizə orqanlarına qarşı bu cür mövqeyi qəbuledilməzdir:

“Mən belə hallarda polisləri haqlı hesab edirəm. Bütün hallarda bu məsələ araşdırılmalıdır. Görüntülərdən də aydın olur ki, polis onu vurmur və təhqir etmir, sadəcə, əmrə tabe olmayan, ictimai təhlükə yaradan sürücünün ayağından tutub, qapını bağlamasına və hərəkətini davam etdirməsinə mane olmaq istəyir. Başqa cür onu hündür maşından necə düşürtmək olar ki?! Həmçinin polis əməkdaşının özü də bilməyib ki, o əlildir. Belə situasiyalarda polisə qarşı da anlayış göstərmək lazımdır. Hər bir halda məsələni araşdırmaq və qanun çərçivəsində tədbir görmək vacibdir. Burada kobudluğu polis əməkdaşları deyil, sürücü edir”.

Qeyd edək ki, baku.ws saytı 20 Yanvar dairəsi yaxınlığında polis əməkdaşının əlil sürücünün ayağından tutaraq zorla yük maşınından düşürmək istəyərkən sürücünün protez ayağının polisin əlində qalması ilə bağlı görüntülər paylaşıb. Görüntülər birmənalı qarşılanmayıb.

Tarix
2019.12.12 / 16:19
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla