Yuxarı

Alimlərimizdən böyük uğur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlərimizdən böyük uğur

Azərbaycan alimləri yüksək texnologiyalar üçün yeni qeyri-üzvi materialların alınması sahəsində böyük uğur əldə ediblər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və kimya üzrə fəlsəfə doktoru Ziya Əliyev antiferromaqnit (AFM) və topoloji izolyator (Tİ) xassələrinə malik yeni maddələrin (AFMTİ) sintezinə və onların mükəmməl monokristallarının alınmasına nail olublar.

Axar.az xəbər verir ki, bu barədə Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan bildirilib.

Məlumata görə, professor İmaməddin Əmiraslanov (AMEA-nın Fizika İnstitutu) həmin maddələrin kristal quruluşlarını təyin edib. Alınmış yeni nəsil materiallar İspaniya, Almaniya, Yaponiya, İtaliya, Avstriya və Rusiyanın aparıcı elmi mərkəzləri, həmçinin AMEA-nın Fizika İnstitutu ilə birgə ən müasir üsullarla hərtərəfli tədqiq edilib, onların xassələri təsdiq olunub.

Birgə tədqiqatların nəticələri dünyanın ən nüfuzlu elmi nəşri olan “Nature” (impakt faktor 43.07) jurnalında dərc edilib. Bu, Azərbaycan elmi müəssisələrinin həmin jurnalda dərc olunmuş ilk məqaləsidir.

Xatırladaq ki, maddənin bu kvant halının mümkünlüyü 2010-ci ildə nəzəri olaraq irəli sürülüb. Lakin son illərdə dünyada Tİ materialları sahəsində böyük uğurlar qazanılmasına baxmayaraq, indiyədək AFMTİ materiallarını sintez etmək mümkün olmayıb. Bu sinif materialların gələcəyin elektronikası olan spintronikanın və kvant kompüterlərinin yaradılması istiqamətində tədqiqatlarda inqilabi sıçrayışa gətirib çıxaracağı gözlənilir.

Tarix
2019.12.17 / 15:14
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla