Yuxarı

Heydər Əliyev prospektində ağır qəza: 1 ölü, 4 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev prospektində ağır qəza: 1 ölü, 4 yaralı

Şirvanda baş vermiş avtoqəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Şirvan polis şöbəsindən APA-ya verilən məlumata görə, hadisə axşam saat 21.00 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Şirvan sakini 1965-ci il təvəllüdlü Səmədov Yadigar Vəlixan oğlunun idarə etdiyi VAZ 2107 markalı 10 MC 661 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini 1981-ci il təvəllüdlü Cəfərov Faiq İslam oğlunun idarə etdiyi "Azsamand Runna" markalı 10 PT 736 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Zərbə nəticəsində VAZ 2107 markalı avtomobil hündürlükdən dərin dərəyə yuvarlanıb.

Nəticədə VAZ 2107 markalı avtomobildə olan sərnişin Şirvan sakini 1981-ci il təvəllüdlü Əsgərov Allahverdi Rafayıl oğlu hadisə yerində ölüb, sürücü və sərnişinlər Şirvan sakinləri 1993-cü il təvəllüdlü Zərbəliyev Faiq Mirzəli oğlu, 1970-ci il təvəllüdlü Abbasov Zabil Xanbala oğlu və "Azsamand Runna"-da olan sərnişin Şirvan sakini 1980-ci il təvəllüdlü Kazımov İsgəndər İbrahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsindəı araşdırma aparılır.

Tarix
2015.02.08 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla