Yuxarı

Qəbul imtahanlarında nələr çatışmır? - STM hesabat verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat dərc edilib və hesabatdakı məqamlarla bağlı geniş konfrans keçirilib.

Axar.az xəbər verir ki, konfransda STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, təhsil naziri Ceyhun Bayramov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Anar Məmmədov çıxış edib.

Tədbirdə millət vəkilləri, təhsil işçiləri, KİV nümayəndələri və tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

Dərc olunan hesabatda bildirilir ki, Azərbaycandakı inkişafın yeni mərhələsində təhsil sistemində köklü islahatların aparılması strateji məsələ kimi dövlət siyasətinin daim diqqət mərkəzində qərarlaşıb.

2012-ci ildə TQDK-nın əsasnaməsinin dəyişdirilməsi və monitorinq imtahanlarının bu quruma həvalə edilməsi, 2015-ci ildən etibarən bilik və bacarıqların qiymətləndirilməsi ilə bağlı Təhsil Nazirliyi ilə DİM-in birgə işçi qrupunun yaradılması, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin DİM tərəfindən yeni qaydalarla yoxlanması və nəhayət, 2019-cu ildə sözügedən iki qurumun birgə fəaliyyəti nəticəsində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelini buna misal göstərmək olar.

Bu ilin fevral ayından etibarən həm kağız daşıyıcıları, həm də onlayn sınaq imtahanlarının, mart ayından etibarən isə buraxılış və qəbul imtahanlarının keçirilməsi, yəni yeni təhsil modelinin tətbiqi cəmiyyətə böyük müzakirələr doğurub. Onun barədə müsbət və mənfi yanaşmaların davam etdiyi bir şəraitdə Sosial Tədqiqatlar Mərkəzi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni modelin müsbət və mənfi tərəflərini, ümumilikdə Azərbaycanın təhsil sisteminin bugünkü vəziyyətini və cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil ekspertləri arasında cari ilin iyun-iyul aylarında ictimai rəy sorğusu keçirib. Təqdim edilən press-reliz bu istiqamətdə Mərkəz tərəfindən hazırlanmış Analitik Hesabatın əsas istiqamətlərini özündə ehtiva edir.

STM-in 539 respondent və 12 ekspert arasında keçidiyi ictimai rəy sorğusu DİM-in regional mərkəzləri əsas götürülməklə 10 şəhər və rayonu əhatə edən genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə nəticələnib. Sorğunun nəticələrinin təhlili göstərir ki, müasir təhsil texnologiyasına uyğun modelin tətbiqi barədə geniş maarifləndirmə işi həyata keçirilsə də, onun mənimsənilmə arealından bəzi abituriyentlər kənarda qalıb. Çünki kurikulumları mənimsəmə problemi meydana çıxıb. Ümumi fikrə görə, bu modelin tətbiqi orta və ali təhsil səviyyələri arasındakı bağları gücləndirir. Respondentlərin 45%-i yeni modeli faydalı hesab etməsə də, ekspertlər bildirir ki, yeni qəbul üsulu axtarışlara və islahatlara zəmin yaradaraq keyfiyyətə xidmət edir. Yeni qəbul modelinin məzmununa diqqət yetirərkən məlum olur ki, kurikulumla tətbiq edilən modelin proqramları arasında müəyyən problemlər mövcuddur.

Ən vacib detallardan biri isə təhsildə repetitorun rolu ilə bağlı olub. Sorğuda iştirak edən abituriyentlərin 86%-i repetitor yanında, 8%-i məktəbdə, 6%-i isə özünün hazırlaşdığını bildirib. Fikri soruşulan abituriyentlərin 60%-i qəbul imtahanlarının, 30%-i isə buraxılış imtahanlarının çətin olduğunu ifadə edib. Onların 54%-i açıqtipli suallarla bağlı çatışmazlıqlara diqqət çəkib. Əsas narahatlıq doğuran məqamlardan biri kimi isə yazı tipli tapşırıqların yoxlanılmasında yaranan problemləri, xarici dillər üzrə dinləmə qurğularının tətbiqindəki çatışmazlıqları bildiriblər.

Təhsil ekspertləri isə böyük müzakirə doğuran bir məsələyə diqqət çəkirlər ki, bu il balların aşağı düşməsi ətrafında ajiotaja ehtiyac yoxdur, yeni modelə keçidlə əlaqədər bu, müvəqqəti məsələdir.

İmtahanda iştirakla bağlı ödənişin məbləği 50% respondentə görə bahadır. Sorğunun nəticələri və müşahidələri də göstərir ki, abituriyentlərin imtahana mənəvi–psixoloji cəhətdən hazırlaşmasında valideynlərin (45%) və müəllimlərin (33%) rolu varmış.

Ümumi fikrə görə, orta məktəblərin tədris proqramlarında, kurikulumların mahiyyətinin mənimsənilməsində, dərsliklərin yazılmasında ciddi problemlər mövcuddur. Hesabatdan çıxan təkliflərə görə, buraxılış və ali məktəblərə qəbul imtahanlarında bu il tətbiq edilən yeni model ilə bağlı keçirilən sosioloji sorğunun nəticələri bir daha sübut etdi ki, hər bir yenilik cəmiyyət tərəfindən, adətən, birmənalı qarşılanmır və istər-istəməz müəyyən problemlərin ortalığa çıxması ilə müşayiət olunur. Bunun ilkin səbəbləri sırasında cəmiyyətin bu yeniliklər haqqında məlumatlılıq səviyyəsinin azlığı gəlirsə, yeniliklərin cəmiyyət üzvləri tərəfindən mənimsənilməsi, onlar üçün anlaşıqlı olması, hətta əksinə mənimsəməyə cəhdin azlığı (bəzən asan yola üz tutması) da vacib məqamdır. Yeni tədris proqramının səmərəli və effektli olması üçün müəllimlərlə işləmək, onlara treninq və təlimlər keçmək lazımdır. Aparılacaq tədqiqatlar və monitorinqlər nəticəsində proqramın harada və niyə səmərə vermədiyini müəyyənləşdirmək lazımdır.

Müşahidələr göstərir ki, bu il Apellyasiya Komissiyasına müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə çoxdur. Üstəlik, Apellyasiyada abituriyentlərin haqlı çıxma halları da bu il daha çox müşahidə olunub. Xüsusilə açıq tipli tapşırıqların bəzilərinin DİM-in markerləri tərəfindən qiymətləndirilməsindən sonra ortaya çıxan bəzi xətalar imtahan verəndə imtahan götürən müəssisəyə qarşı inamı istər-istəməz azaldır. Maraqlıdır ki, respondentlərin 22%-i (98 nəfər) bu fikirdədir ki, buraxılış və qəbul imtahanlarının yeni modeli təkmilləşdirilməlidir. 53,5% (242 nəfər) respondent imtahanların əvvəlki model üzrə keçirilməsinin, 4,5%-i (19 nəfər) test üsulu ilə qəbulun ləğv olunmasının, 8%-i (38 nəfər) imtahanların bir dəfə keçirilməsinin tərəfdarı kimi çıxış etmişdir. Ekspertlər arasında da bu məsələ ilə bağlı fikir ayrılığı müşahidə edilir. Belə ki, onların bir qismi ikipilləli imtahan modelini qəbul edir, lakin bu il keçirilən imtahanların nəticələrini ətraflı təhlil edib çatışmazlıqları aradan qaldırmaq, bu sahədə axtarışlar və islahatlar aparmaqla yeni modeli daha da təkmilləşdirmək haqqında düşünürlərsə, digərləri təkpilləli, yəni yalnız qəbul imtahanlarının keçirilməsinin tərəfdarı kimi çıxış edirlər.

Tarix
2019.12.18 / 12:04
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Tramp da işğala “başlayır”: 5 ölkə hədəfdə

“Embraer” şirkətindən təyyarə qəzası ilə bağlı bəyanat

Bacılarım sonuncu dəfə mesaj yazdılar ki… - Video

Təyyarə qəzasında sağ qalanların yeni - Siyahısı

Filemon Yanq Azərbaycana başsağlığı verdi

AZAL-ın təyyarəsi dronla vurulub? - Video

Nazir xəsarət alanların son vəziyyətini açıqladı

Ərdoğan İlham Əliyevə məktub ünvanladı

Təyyarənin qəzaya uğramasının səbəbi... - Bozumbayev

Yaralılar nazirə qəzanın necə baş verməsindən danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla