Yuxarı

İnterpol axtarışına verilən iş adamı “Axar.az”a danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnterpol axtarışına verilən iş adamı “Axar.az”a danışdı

"Axtarışa verilməyimlə bağlı məlumat yayılsa da, mənə heç kim müraciət etməyib. Hazırda Türkiyədəyəm. Azərbaycana gəlməzdən öncə vəkil tutmaq istəyirəm. Vəkil tutub pozulan hüquqlarımı bərpa edəcəm. Haqqımdakı qərardan apelyasiya şikayəti vermək hüququm var".

Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan tərəfindən "İnterpol"un axtarışına verilən türkiyəli iş adamı Metin Mehmet Ali Abdullah Vahab bildirdi. İş adamı axtarışda olmasına baxmayaraq, Azərbaycana gəlmək hüququnu özündə saxladığını dedi:

"Azərbaycanda qalmaq üçün 4 illik oturum iznim var. Gələ bilmirəmsə, bu, haqqımda çıxarılan qərarla bağlıdır. Yaxın vaxtlarda günahsız olduğum isbat edilər".

Xatırladaq ki, Türkiyə vətəndaşı olan 51 yaşlı Metin Mehmet Ali Abdullah Vahab vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan beynəlxalq axtarış elan edib.

Metin Mehmet Ali Abdullah Vahab Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə sahibkarlıqla məşğul olmuş daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib. Onların hamısı vergidən yayınmaqda ittiham olunur.

Tarix
2013.12.16 / 17:43
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla