Yuxarı

Prezidentin orden verdiyi akademik kimdir? - Dosye

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin orden verdiyi akademik kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dilqəm Tağıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, Dilqəm Bəbir oğlu Tağıyev 1950-ci ilin yanvarın 6-da Kəlbəcərdə həkim ailəsində anadan olub. O, 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsinin əyani şöbəsinə qəbul olunub, ilk elmi işini 1969-cu ildə çap etdirib.

1990-cı ildə professor elmi adını alıb.

Azərbaycan MEA-nın vitse-prezidenti, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvu Kimya İnstitutunun direktoru, ”Azərbaycan Kimya jurnalı”nın baş redaktoru, “Azərbaycan MEA-nın Məruzələri” jurnalının redaksiya şurasının üzvü, ”Azərbaycan MEA-nın Xəbərləri” jurnalının redaksiya şurasının üzvü, ELM qazetinin redaksiya şurasının üzvü, Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının üzvü, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü, AMEA Yüksək Texnologiyalar Parkının Müşahidə Şurasının üzvü, AMEA Rəyasət Heyətinin nəzdində yaradılmış "Yalançı Elmə Qarşı Mübarizə Komissiyası" sədri vəzifələrində çalışıb.

1983-cü ildə Kimya və kimya texnologiyası sahəsində SSRİ Lenin Komsomolu mükafatı, 1986-cı ildə "Əməkdə fərqləndiyinə görə" medalı, 2000-ci ildə “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 2010-cu ildə Azərbaycan MEA-nın Fəxri fərmanı və eyni ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Tarix
2019.12.28 / 18:00
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla