Yuxarı

AMEA yeni mərkəz yaratdı və direktor təyin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA yeni mərkəz yaratdı və direktor təyin etdi

Azərbaycan Milli Elmlər Akademiyasının Quba Regional Elmi Mərkəzi yaradılacaq.

AMEA-nın Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Rəyasət Heyətinin növbəti iclasında Quba Regional Elmi Mərkəzinin yaradılması məsələsi də müzakirə olunub.

İclasda bildirilib ki, hazırda ölkədə uğurla aparılan islahatların əsas istiqamətlərindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları səviyyəsində həyata keçirilən kompleks tədbirlərdir.

AMEA-nın Quba Regional Mərkəzinin yaradılmasında məqsəd bu bölgədə elmi tədqiqat fəaliyyətini gücləndirmək və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaları lazımi səviyyədə aparmaq, eləcə də şimal bölgəsinin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaratmaqdır.

İclasda Quba Regional Elmi Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilib və müvafiq qaydada vəsatət qaldırılması haqqında qərar qəbul edilib. Bu qərarla, həmçinin aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Xuduş oğlu Şükürov Quba Regional Elmi Mərkəzinin direktoru vəzifəsini icra edən təyin edilib.

Tarix
2015.02.12 / 10:49
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla