Yuxarı

Fond sədri almanlarla nəyi müzakirə etdi? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fond sədri almanlarla nəyi müzakirə etdi? - Rəsmi

Dövlət Sosial Müdafiə Fondunda Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib.

Fonddan Axar.az-a verilən məlumata görə, ölkəmizdə səfərdə olan Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru Yoakim Bröyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə DSMF-nin sədri Elman Mehdiyev Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.

Almaniyalı qonaq Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirərək bunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Səfərin əsas məqsədinin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və birgə tədbirlərin planlaşdırılması olduğu diqqətə çatdırılıb və Azərbaycanın təcrübəsi inkişaf etməkdə olan digər ölkələr üçün nümunə olaraq qiymətləndirilib.

DSMF-də keçirilən görüşdə aparılan müzakirələr zamanı iki qurum arasında əlaqələrin daha da inkişaf etdirilməsi və yaxın gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Tarix
2015.02.12 / 13:21
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla