Yuxarı

"İlham Əliyev məni qəbul etdi və tapşırdı ki..."

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İlham Əliyev məni qəbul etdi və tapşırdı ki..."

"Azərbaycan Dəmir Yolları" QSC-yə təyin olunmazdan öncə prezident İlham Əliyev məni qəbul etdi. Qarşıma vəzifələr qoydu. Tapşırdı ki, Azərbaycanın dəmir yolu sistemini, qatarları Avropa standartlarına uyğunlaşdırmalıyıq. Həm keyfiyyət, həm də xidmətin səviyyəsi yüksəlməlidir. Bu işləri həyata keçirmək üçün maliyyə imkanları olmalıdır. Dəmir yollarında uzun müddət qalan problemlər var. Bu sahədə islahatlar yüksək səviyyədə aparılmayıb. Yollar təzələnməli, yenidən çəkilməlidir. Görüləcək işlər çoxdur".

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

Kadr islahatlarına toxunan C.Qurbanov deyib ki, yaxşı çalışan işçilər fəaliyyətlərini davam etdirəcəklər: "Mən dəmir yolunda çalışanları əvvəlcədən tanıyıram. Özüm də uzun müddət burada çalışmışam".

Cavid Qurbanov 12 min qatarın və 2000 km dəmir yolunun dəyişdirilməsinin vacibliyini qeyd edib.

Tarix
2015.02.13 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla