Yuxarı

Paytaxt avtobuslarında arzulanan yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paytaxt avtobuslarında arzulanan yenilik

Paytaxt ərazisində avtobus sürücülərinin kadr bazası yaradılır.

Axar.az xəbər verir ki, proses başa çatdıqdan sonra avtobuslar bu sahədə kurs keçmiş, müəyyən təcrübəsi olan peşəkar sürücülərə etibar ediləcək.

Bildirək ki, artıq bu barədə işlərin bir qismi reallaşıb. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov Trend-ə deyib ki, hərəkətin intensivliyinin artdığı bir dövrdə avtobus sürücüləri nəinki yol hərəkəti qaydalarını dəqiq yerinə yetirməli, eyni zamanda, hərəkətin digər iştirakçılarına, xüsusilə də sərnişinlərə, eləcə də piyadalara qarşı çox ehtiyatlı və diqqətli olmalıdırlar. Onlar yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş insanlara hər cür kömək və yardım göstərməlidirlər:

"Bütün bu keyfiyyətlər sürücü mədəniyyətinin ən yaxşı göstəriciləridir. Sürücülük peşəsinin gözəlliyi nəqliyyatın rahat və təhlükəsiz idarə olunmasındadır. Hərəkətin təhlükəsizliyi isə sürücülərin peşə hazırlığı səviyyəsindən birbaşa asılıdır".

Ə.Cəfərov qeyd edib ki, lakin belə sürücüləri tapmaq az qala müşkülə çevrilib: "Bu gün avtobusu idarə etmək üçün normal, həm sürücülük kateqoriyası, həm də mədəni davranış səviyyəsi baxımından tələblərə cavab verən sürücü tapmaq çətin bir işə çevrilib. Avtobus sürücüsü işləmək əslində çox çətindir. Ona görə də bu məqsədlə avtobus sürücülərinin hazırlanması üçün kurslar açılıb".

İdarə rəsmisi bildirib ki, hazırda avtobus sürücülərinin kadr bazası, həmin şəxslərin elektron məlumat sistemi yaradılır: "Bununla əlaqədar artıq 150 sürücü İdarənin Tədris-Kurs Kombinatında təhsillərini bitiriblər. Onların xeyli hissəsi DYP-də imtahan verərək müvafiq sürücülük vəsiqəsi alıblar. Bundan sonra onlar işə başlayacaqlar. Gələcəkdə bu iş davam etdiriləcək, onların sayı daha artırılacaq. Geniş avtobus sürücüsü bazası yarandıqdan sonra sürücülük məsuliyyətini hiss etməyən şəxsləri işdən azad edəcəyik".

Tarix
2015.02.13 / 14:39
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla