Yuxarı

Azərbaycanda “halal” kolbasalardan donuz əti çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda “halal” kolbasalardan donuz əti çıxdı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən bu ilin yanvar ayında istehlak bazarında monitorinqlər həyata keçirib.

Salamnyus məlumat verir ki, monitorinqlər nəticəsində bəzi firmaların fəaliyyətində ciddi nöqsanlar aşkar olunub.

Araşdırma zamanı "Evrokond" MMC-nin "Yuvelirnoye" nişanlı şəkəri, "Lakom" ASC-nin "Vesyoliy zoosad" nişanlı sərt peçenyelərinin ümumi mikroorqanizimlərin sayına görə standart tələblərə cavab vermədiyi aşkar olunub. Rusiyadan Azərbaycana idxal edilən "Rot Front" nişanlı "Leqenda" vaflisinin də sağlamlığa zərərli olduğu məlum olub.

Ət və ət məhsullarından olan "Lider R.M" nişanlı "Moskovskaya texnologiya" adlı bişmiş hisə verilmiş "Servelat kolbasası" ilə "İlahə-96″ İKM-ə məxsus kolbasalarda, o cümlədən "Aymin" MMC-nin də "Bakı" nişanlı bişmiş hisə verilmiş servelat kolbasasından məhsulun markalanmağında qeyd olunmayan donuz əti aşkar edilib.

Qeyd edək ki, bir müddət əvvəl istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə kolbasa məmulatlarının istehsalı ilə məşğul olan "Aymin" MMC haqqında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulmağı əlamətləri üzrə iş qaldırılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, "Aymin" MMC-yə səkkiz min manat maliyyə sanksiyası tətbiq edilib.

Ölkədə satılan Polşanın "Mister Ron" nişanlı şokaladlı konfetindən isə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.

Tarix
2015.02.14 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Sülh Şurasının ilk iclasında... - Video

Əliyev Trampın təklifini buna görə qəbul etdi - Rusiyadan baxış

MM bu konvensiyanı ratifikasiya etdi

Dostum Eminlə nə baş verir? - Sabiq millət vəkili

İlham Əliyevin ABŞ səfəri başa çatdı

Milli Məclisin növbəti plenar iclası başladı

Bu hücumlar vahid mərkəzdən idarə olunur - MM

Prezidentin Sülh Şurasının iclasında iştirakı bunu təsdiqləyir

Kerobyan: Şuşanın “İsgəndər”lə vurulduğunu gözümlə gördüm

5 ölkə ordu göndərir - Azərbaycan imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla