Yuxarı

Bu dairədə toqquşan milyonçu və məmur oğlu geri çəkildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu dairədə toqquşan milyonçu və məmur oğlu geri çəkildi - Video

12:22

113 saylı Şəki şəhər seçki dairəsində toqquşan və namizədlikləri qeydə alınan milyonçu oğlu ilə məmur oğlu seçkidən geri çəkilib.

Axar.az xəbər verir ki, ilk gündən “ölüm qrupu” adlanan dairədən namizədliyini irəli sürən xüsusilə iki gənc diqqət çəkirdi. Onlardan biri vaxtilə Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadə idi.

Nicat Mustafazadə “Kapital Bank” ASC-də aparıcı mütəxəssisdir, İngiltərənin Durham Biznes Məktəbinin məzunudur. Atası Nasir Mustafazadə “Azəri Servis” LTD-nin rəhbəridir, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb.

Bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və sonradan bütün mənzilləri türk iş adamına 22 milyon 800 min avroya satdığı məlum olmuşdu. İndi oğlu N.Mustafazadənin Şəkidən deputatlığa iddialı olması və sonradan imtina etməsi maraq doğurub.

Dairədən namizədliyini vermiş, daha sonra seçkidən imtina edən digər şəxs isə Şəkinin icra başçısının müavini Firon Əliyevin oğludur. Firon Əliyevin 1988-ci il təvəllüdlü oğlu Toğrul Əliyev də məlum olmayan səbəbdən seçkidən geri çəkilib.

Xatırladaq ki, Toğrul Əliyev keçmiş vergilər naziri Fazil Məmmədova məxsus “SYNERGY GROUP” MMC-də Kommersiya departamenti direktoru vəzifəsində çalışır.

Hazırda sözügedən dairədən yeganə iddialı namizəd YAP-çı Vüqar Yapon oğlu İsgəndərovdur. Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəki şəhər Təşkilatının sədr müavini olan V.İsgəndərov idmançı kimi tanınır. Hazırda ən təhlükəli namizədləri geri çəkilən V.İsgəndərovun deputatlıq şansı yüksək qiymətləndirilir.

Tarix
2020.01.14 / 16:01
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu halda sülh sazişi üçün heç bir maneə qalmayacaq

Prezident separatçılara verilən cəzadan danışdı

Bizə Fransa ilə heç bir problem lazım deyil - Əliyev

İlham Əliyev Fransa kanalına müsahibə verdi

Bizim çox üstünlüklərimiz var - Prezident

Tramp bununla böyük bir iş gördü - Əliyev

Bu gün Azərbaycan ehtiyac duyulan ölkədir - Prezident

Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

BMT tam iflic vəziyyətə düşüb - Əliyev

Prezident Mayk Sisiliya ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla