Yuxarı

DİN-dən yeni forma ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən yeni forma ilə bağlı - Açıqlama

Yol polisi əməkdaşları üçün yeni formaların tətbiqi Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür.

Axar.az xəbər verir ki, bunu polis əməkdaşlarının yeni geyim formasına keçməsinin hansı zərurətdən irəli gəlməsi ilə bağlı Azərtac-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

E.Zahidov bildirib ki, bu yenilik dövlətimizin başçısının Daxili İşlər Nazirliyinin rəhbərliyinə verdiyi göstərişin icrası ilə əlaqədardır. Belə ki, göstərişdə bayır xidmətində olan polis əməkdaşlarının daha müasir və rahat, həmçinin keyfiyyətli materialdan olan yeni geyim forması ilə təmin edilməsi tələb olunurdu. Bununla əlaqədar DİN tərəfindən müvafiq tədbirlə görüldü. Artıq bildiyiniz kimi, ötən gündən başlayaraq Yol Patrul Xidməti əməkdaşları bu müasir xüsusi geyim formasından istifadə edirlər. Yaxın vaxtlarda bayır xidmətində olan digər polis əməkdaşları da bu forma ilə təmin ediləcəklər. Yeni formalar müasirliyindən və yüksək keyfiyyətindən əlavə həm də bayır xidmətində olan əməkdaşlarımızın təhlükəsizliyi baxımından da önəmlidir. Belə ki, gecə vaxtı bu formalar həm də işıq əksetdirmə qabiliyyətinə malikdir.

Tarix
2020.01.14 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dan Naxçıvan açıqlaması

"Korte Bəyannaməsi" qəbul edildi

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla