Yuxarı

Xəstənin pulunu mənimsəmək istəyən “dövlət işçisi” kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəstənin pulunu mənimsəmək istəyən “dövlət işçisi” kimdir?

Ağır xəstələr, köməyə ehtiyacı olan şəxslərlə bağlı başladılmış yardım kampaniyasında toplanan pulları mənimsəyən dələduzlarla bağlı olaylar daha əvvəl bir neçə dəfə gündəmə gəlib. Bu dəfə isə özünü dövlət qurumlarından birinin nümayəndəsi kimi təqdim edən və adının Elşən Paşayev olduğunu deyən şəxs ağır vəziyyətdəki xəstənin müalicəsi üçün yığılan pula göz dikib.

Axar.az xəbər verir ki, bununla bağlı Feysbukda “Speys” kanalının aparıcısı Elvin Basqallı məlumat paylaşıb.

Aparıcı bildirib ki, ağır durumda olan xəstə ilə bağlı hazırladıqları süjetdən sonra bir şəxs ailəyə zəng edərək, onlardan dövlət qurumlarının adı ilə pul qoparmağa cəhd edib:

“Xəbərlər proqramında yardıma ehtiyacı olan xəstə qız haqqında süjet təqdim etdim. Bütün yardıma ehtiyacı olan xəstələr kimi, bu qızın ailəsinin də əlaqə nömrəsini ekranda qeyd etdik. Yardım etmək istəyən insanlarla yanaşı, bir namərd adam da həmin nömrələrdən birinə zəng edərək, ailəyə deyib ki, mənə 600 manat verin, bəzi dövlət qurumların sizə yardım etməsinə kömək olum”.

Köməyə ehtiyacı olan ailədən pul qoparmağa çalışan fırıldaqçı şəxs özünü dövlət işçisi adlandırıb və hətta ailəyə bildirib ki, ona təcili olaraq azı 450 manat pul ödəsələr, dövlət qurumlarının köməyini təşkil edə bilər.

Özünü Elşən Paşayev kimi təqdim edən şəxsin hansı səbəbdən və nə məqsədlə bu addımı atmasını öyrənmək istəsək də, zənglərimizə cavab vermədi. İsrarlı zənglərimizdən sonra telefonunu söndürdü.

Mövzunu şərh edən hüquqşünas Səməd Vəkilov isə bildirib ki, etibardan sui-istifadə edərək kiminsə əmlakını mənimsəmək, aldadaraq müxtəlif yollarla başqasının əmlakını almaq qanunla dələduzluq sayılır:

“Dələduzluq cinayəti ağırlaşdırıcı hallarda 7 ildən yuxarı, ağırlaşdırıcı hal olmadıqda isə 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Əgər şəxs dövlət qurumunun adından istifadə edərək dələduzluq edirsə, bu zaman o, dövlət qurumunun səlahiyyətini mənimsəmə cinayəti üzrə də cinayət məsuliyyəti daşıyır. Bu zaman dələduzluğun ağırlaşdırıcı halı ilə cəzalanır”.

Tarix
2020.01.15 / 14:47
Müəllif
Nigar, Mahir
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla