Yuxarı

Fondda qeydiyyata alınan əcnəbilər artıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fondda qeydiyyata alınan əcnəbilər artıb

Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.

Fonddan Axar.az-a verilən məlumata görə, 2015-ci ilin fevralın 1-i tarixinə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 0,66 faiz artıb. Yanvar ayı ərzində əlavə olaraq 150 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 22 663 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,06 faizini (20 188 nəfər) kişilər, 10,94 faizini (2 475 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12083 nəfər) üzrə müşahidə olunur. İkinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2553 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1311 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (875), Çin Xalq Respublikası (757), Hindistan (624), Pakistan İslam Respublikası (467), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (354), Ukrayna (257), Özbəkistan (238) Banqladeş Xalq Respublikası (206), Almaniya Federativ Respublikası (195), Filippin Respublikası (193), Türkmənistan Respublikası (184), ABŞ (171), Qazaxıstan Respublikası (163), İtaliya Respublikası (153), Koreya (143) və s. ölkələr qərarlaşıb.

Tarix
2015.02.17 / 11:50
Müəllif
Nigar İsmayılqızı
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla