Yuxarı

Avtobus qəzasında yaralananların adları - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Axar.az-a bildirib ki, bu gün saat 7:00 radələrində Zabrat-Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Elgün Otello oğlu Cahangirovun idarə etdiyi Ayşən LTD MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "Daevoo" markalı, 90 JL 290 dövlət qeydiyyat nişanlı avtobusla eyni istiqamətdə qarşısında hərəkət edən və körpü üzərində idarəetmədən çıxaraq fırlanıb hərəkətin əks istiqamətdə dayanmış Əbil Zabil oğlu Quliyevin idarə etdiyi VAZ-2107 markalı, 10 MR 819 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.

Qəza nəticəsində avtobusun sürücüsü və sərnişinləri, 1970-ci il təvəllüdlü Aytən Əfələddin qızı Kərimova, 1996-cı il təvəllüdlü Fidan Rasim qızı Məmmədova, 1961-ci il təvəllüdlü Mühbarə Cuma qızı Balakişiyeva, 1993-cü il təvəllüdlü Əli Rasim oğlu Məmmədov, 1996-cı il təvəllüdlü Elşən Məmməd oğlu Həsənov və1991-ci il təvəllüdlü Murad İlqar oğlu Rüstəmzadə yüngül dərəcəli xəsarətlər alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2020.01.25 / 12:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla