Yuxarı

Şirinovun oğlu bu görüşü pozmaq istədi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirinovun oğlu bu görüşü pozmaq istədi – Foto

80 saylı İmişli Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə seçicilərlə görüşləri davam etdirir.

Axar.az xəbər verir ki, deputatlığa namizəd Çingiz Qənizadə Beyləqan rayonunun Sarısu, Şərq və Türklər kəndlərində görüşlər keçirib.

Görüş zamanı deputatlığa namizəd regionların sosial-iqtisadi inkişaf proqramına dair 2019-2023-cü illərdə bu kəndlərdə dövlət proqramında nəzərdə tutulan və tikintisi planlaşdırılan məsələlər ətrafında məlumatlar verib. Eyni zamanda seçicilərin suallarını cavablandırıb.

Görüşlərdə çıxış edənlər Çingiz Qənizadənin bu kəndlər üçün əlçatan deputat olduğunu, kəndlərə gəlib seçicilərlə mütəmadi olaraq görüşdüyünü, onların qaldırdığı problemlərə diqqətlə yanaşdığını qeyd ediblər.

Şərq kəndində namizədlərdən biri, İxtiyar Şirinovun oğlu Hikmət Şirinov Çingiz Qənizadənin seçicilərlə görüşə müdaxilə etmək üçün cəhdlər edib. Belə ki, o əvvəlcədən öyrədilmiş bir qrup şəxsi öz arxasıyca apararaq, şüarlar səsləndirib.

Onun bu hərəkəti aktlaşdırılıb və dairəyə bu haqda rəsmi müraciət olunacaq.

Tarix
2020.01.25 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla