Yuxarı

Vətəndaşlarımız daha çox bu ölkələrə səfər edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətəndaşlarımız daha çox bu ölkələrə səfər edir

2019-cu ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5 milyon 567,7 min nəfər olub.

Axar.az xəbər verir ki, ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,9 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,4 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 23,7 faiz, Gürcüstana gedənlərin sayı 12,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,6 faiz artıb.

2019-cu ildə xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,6 faizi dəmir yolu və avtomobil, 16,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.

Tarix
2020.01.27 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroatxon Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla