Yuxarı

AFFA-da istefa

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA-da istefa

AFFA-nın İcraiyyə Komitəsində (İK) üzvlüyə daha bir namizədin adı bəlli olub.

APA-nın məlumatına görə, İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun komitə üzvlüyünə namizədliyi irəli sürülüb.

Buna birliyin İK üzvü olan iki təmsilçisindən birinin komitədən ayrılmaq istəyi səbəb olub.

Belə ki, Elmar Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən üzvlükdən istefa verdiyini bildirib. O, istefasının qəbul olunmasını da xahiş edib. Bununla bağlı, birlik Qurbanovun namizədliyini məqsədəuyğun sayıb. Onun İK-ya namizədliyi İctimai Futbol Təşklatları İctimai Birliyinə Futbol Hakimləri Birliyindən verilib.

Qeyd edək ki, İK-ya seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək. Qurbanova qədər Vaqif Sadıqovun da komitə üzvlüyünə namizədliyi irəli sürülmüşdü.

Tarix
2015.02.19 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla