Yuxarı

Problemli yol kəsişməsinə işıqfor qoyulur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Problemli yol kəsişməsinə işıqfor qoyulur - Foto

Sürücüləri narahat edən və saytımızın da dəfələrlə işıqlandırdığı problemli yol kəsişməsinə işıqfor qoyulur.

Axar.az xəbər verir ki, Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək. Qeyd edilən yolayrıcı svetofor vasitəsi ilə nizamlanacaq. Bununla əlaqədar kəsişmədə işıqfor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra işıqforlar işə salınacaq.

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq. Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.

Xatırladaq ki, sözügedən kəsişmədə xüsusilə günün pik saatlarında yaranan problem bir neçə dəfə saytımızda işıqlandırılmış və bunun ardınca Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlama verərək, problemin həll ediləcəyini bildirmişdi.

Tarix
2020.02.06 / 14:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla