Yuxarı

Azərbaycanlı turistlərə "Ermənistana eniş" xəbərdarlığı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı turistlərə "Ermənistana eniş" xəbərdarlığı

Yanvarın-22-dən Misirin Şarm El Şeyx şəhərinə aviabiletlərin satış hüququ Gürcüstanın “İnterco Travel” şirkətindən Ermənistanın “Anriva Tour” şirkətinə keçib.

Bu barədə Axar.az-a Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından məlumat verilib.

Məlumata görə, bununla da Misir aviaşirkətinin Gürcüstandakı kommersiya nümayəndəliyi dəyişib və “Air Cairo” hava yollarının Gürcüstan üzrə nümayəndəliyi Ermənistan şirkəti təyin olunub.

Artıq “Anriva Tour” bununla bağlı turizm şirkətlərinə müraciət ünvanlayıb. Müraciətdə “Anriva Tour” şirkəti narahatlığa əsas olmadığını və uçuşların əvvəlki qaydada həyata keçiriləcəyini bildirib və “İnterco Travel” ilə iş birliyində olan turizm şirkətlərini əməkdaşlığa çağırıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Anriva Tour” şirkətinin xidmətlərindən yararlanarkən daxil edilən şəxsi məlumatların şirkətin İrəvan şəhərində yerləşən baş ofisində toplandığını, təxribat yönümlü halların baş vermə riskinin yüksək olduğunu, eyni zamanda zərurət yarandığı təqdirdə Ermənistan hava limanlarına belə eniş etmə niyyətlərinin açıqlamasını nəzərə alıb yaranmış vəziyyətlə bağlı vətəndaşlara və turizm şirkətlərinə müraciət edərək “Anriva Tour” şirkətinin xidmətlərindən yararlanmağı və əməkdaşlıq etməyi məqsədə uyğun saymır. O üzdən Misirə uçmaq üçün digər alternativ yollarından istifadə etməyi məsləhət görür.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Anriva Tour” şirkətinin Azərbaycanın turizm bazarına da çıxış əldə etmək üçün müxtəlif vasitələrdən istifadə edə biləcəyi riskini nəzərə alaraq turizm şirkətlərini diqqətli olmağa çağırır", - deyə qurum bəyan edib.

Tarix
2020.02.07 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla