Yuxarı

Qar Lerik yolunu bağladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qar Lerik yolunu bağladı

Lerik-Lənkəran yolu bağlanıb.

APA-nın məlumatına görə, Lerik-Lənkəran yolunun 40-cı kilometrliyinə güclü qar ağacları aşırıb. Nəticədə bir neçə mikroavtobus və 10-dan çox minik maşını yolda qalıb.

Şahidlərinin dediyinə görə, əraziyə yağan güclü qar nəticəsində həmçinin elektrik xətləri də sıradan çıxıb.

Hazırda Lerik-Lənkəran yolu qardan və yıxılmış ağaclardan təmizlənir.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar üzrə komissiyanın sədri Habil Məlikovun verdiyi məlumata görə, fevralın 17-dən başlayan intensiv yağıntı bir sıra problemlərə səbəb olub.

Belə ki, Hamarat kəndi ərazisindəki, eləcədə Yardımlı-Masallı yüksək gərginlikli hava xətlərində qəza baş verdiyindən fevralın 20-dən günorta saatlarından Lerik şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələri işıqsız qalıb. Lənkəran-Lerik şosesinin 29-cu kilometrliyində isə irigövdəli ağaclar kökündən çıxaraq, yola düşdüyündən nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranıb. Lerik rayon 43 saylı Yol İstismar İdarəsinin işçiləri və ağır texnikasının müdaxiləsindən sonra yolda vəziyyət qaydasına düşüb. Hazırda sözü gedən ərazi nəzarət altındadır.

Qeyd edək ki, qarın hündürlüyü Lerik şəhərində 55-60, ucqar ərazilərdə isə 70-80 santimetr təşkil edir.

Tarix
2015.02.21 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla