Yuxarı

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

Son illər Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin intensivləşməsi regionlararası əlaqələrin yeni geosiyasi reallıqlar fonunda əhəmiyyətini də artırır. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun yüksək səviyyədə olması, qarşılıqlı səfərlərin və təmasların intensivləşməsi, iqtisadi və nəqliyyat layihələrinin genişlənməsi regionlar arasında daha sıx əməkdaşlıq üçün əlverişli imkanlar yaradır.

Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanın və Qırğızıstanın müttəfiqlik münasibətlərinin rəsmiləşdirilmələri yalnız iki dövlətin əlaqələrinin yeni mərhələyə yüksəldilməsi deyil, həm də Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilə bilər:

“Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iki ölkənin lideri tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması hər iki ölkə arasında münasibətləri yeni mərhələyə daşıyır. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan bu sənəd rəsmi Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm siyasi hadisədir. Belə ki, müqavilə iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir.

Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq: “Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”. Qırğızıstan Prezidenti Sadır Japarov isə müttəfiqlik müqaviləsinin imzalanmasını tarixi hadisə və Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsası kimi dəyərləndirib”.

Millət vəkilinin sözlərinə görə, müqavilədə təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsi iki ölkə əməkdaşlığının strateji xarakterini bir daha ortaya qoyur:

“Sənədə əsasən, tərəflərdən birinin fikrincə, üçüncü dövlətlər tərəfindən silahlı hücum təhlükəsinin yarandığı vəziyyətdə onlar dərhal müvafiq məsləhətləşmələr aparacaq, vəziyyətin dinc yolla nizamlanmasına töhfə verəcək tədbirlərin görülməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcəklər. Bu əməkdaşlıq həm ikitərəfli əsasda, həm də Azərbaycanın və Qırğızıstanın üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində həyata keçiriləcək. Eyni zamanda, tərəflərin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini və milli qanunvericiliklərini nəzərə almaqla bir-birinə zəruri yardım göstərmək niyyətini ifadə etməsi təhlükəsizlik sahəsində qarşılıqlı dəstəyin əhəmiyyətini artırır”.

“Sənədin təhlükəsizlikdən xarici siyasətə, iqtisadiyyatdan nəqliyyata, energetikadan yüksək texnologiyalara, humanitar əlaqələrdən regionlararası əməkdaşlığa qədər geniş sahələri əhatə etməsi Azərbaycan-Qırğızıstan münasibətlərinin kompleks və uzunmüddətli inkişaf perspektivinə malik olduğunu göstərir”, - Samir Vəliyev vurğulayıb.

Tarix
2026.08.01 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

İran müharibəsi: Azərbaycan müdafiəni belə gücləndirir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla