Yuxarı

Ukraynanın Krıma hücumları artırmasının səbəbi budur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın Krıma hücumları artırmasının səbəbi budur

Ukrayna Silahlı Qüvvələri Krıma hücumları gücləndirməklə yarımadanı materikdən mümkün qədər təcrid etməyə çalışır.

Axar.az xəbər verir ki, bu barədə “Doyçe Velle” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ukrayna uzaqmənzilli pilotsuz uçuş aparatları vasitəsilə Rostov-Don ilə Melitopol arasındakı M-14 avtomobil magistralında hərəkət edən nəqliyyat vasitələrini, eləcə də Azov və Qara dənizlərdə Rusiyanın "kölgə donanması"na aid gəmiləri hədəfə alır.

Bundan əlavə, hərbi ehtiyaclara xidmət edən enerji infrastrukturu obyektlərinə də zərbələr endirilir.

Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin sözlərinə görə, təkcə iyul ayının əvvəlindən etibarən 196 Rusiya gəmisi və 100-dən çox enerji obyekti vurulub.

Lakin nəşr qeyd edir ki, bu məlumatları müstəqil mənbələr vasitəsilə təsdiqləmək mümkün deyil. Bildirilir ki, may ayının sonunda Krımda benzin talonları buraxılıb və onlar 24 saat ərzində tükənib. Bundan sonra benzin qara bazarda satılmağa başlanıb.

Artıq iyun ayında isə Krım və Sevastopolda müxtəlif ərazilərdə elektrik enerjisi, su təchizatı, mobil rabitə və internetə çıxışla bağlı davamlı problemlər səbəbindən fövqəladə vəziyyət elan edilib.

Tarix
2026.08.01 / 09:33
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla