Yuxarı

Tanınmış vəkildən Elnarə ilə bağlı qeyri-adi iddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış vəkildən Elnarə ilə bağlı qeyri-adi iddia

Tanınmış hüquqşünas Qurban Məmmədov "Moderator.az"a qeyri-adi bir məktub göndərib. Daha doğrusu, biletlərin baha olması səbəbindən konsertinə qatıla bilmədiyi müğənni Elnarəni məhkəməyə verməyə hazırlaşdığını bildirib:

"Mən həbsxanada olanda hörmətli müğənnimiz Elnarə Abdullayevanın o yanıqlı səsiylə oxuduğu muğamlarla daha rahat nəfəs almışam.

Bu gün saat 19-00-da Heydər Əliyev Sarayında Elnarə xanımın konserti vardı.

İstədim ailəmlə, nəvələrimlə birlikdə bu konsertə gedim. Həbsdə olduğum müddətdə yığılıb qalmış mənəvi borclarımın heç olmasa bir hissəsini bu yolla da olsa, ödəyim. Alınmadı. Bilet neçəyə olsa yaxşıdır: 80-70 manat. Son sıralar 20 manat. Deyəsən, belə konsertlər də monopoliyadadır. Bu qiymətə millət necə bilet alır, anlamış deyiləm. Ancaq bilet də yox idi. Satılıb qurtarıb çoxdan...

İndi məni bir hüquqşünas kimi görün nə düşündürür!

Mənim və ailə üzvlərimin ALLAHın Elnarə xanıma vediyi səsdən feyziyab olmaq haqqı var, ya yox?

Mənim və ailə üzvlərimin, xüsusilə də nəvələrimin milli müsiqimizi Elnarə xanımın ifasında dinləmək, bu yolla da informasiya almaq hüququmuz var, ya yox? Bəs mənim kimi milyonlarla kasıb Azərbaycan vətəndaşlarının necə? Konsert musiqi haqqında informasiya mənbəyi hesab edilməlidir, ya yox? Bu ciddi məsələni hüquqi müstəvidə həll etmək üçün mən Elnarə Abdullayevanı məhkəməyə verəcəyəm. Qoy məhkəmə qərar versin, görək ALLAHın verdiyi səsi, talantı belə baha satmağa Elnarə xanımın nə haqqı var?!

Siz necə düşünürsünüz: Azərbaycan məhkəmələri heç olmasa bu barədə obyektib qərar verə biləcəklərmi?"

Tarix
2015.02.21 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla