Yuxarı

Bakıda bu ərazidəki evlər plana düşdü - Ünvanlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tikinti-təmir işləri davam edir. Bu il də paytaxtda söküləcək evlərin və qəzalı binaların siyahısı hazırlanır. Siyahı tam hazır olandan sonra Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq.

Axar.az baku.vs-yə istinadən xəbər verir ki, bu il Nazirlər Kabinetinə qəzalı binalarla bağlı siyahı verilib.

"Həmin siyahıya baxılacaq və köçürülmə işləri aparılacaq”, - deyə məlumatda bildirilib.

Bundan əlavə ötən ildən qalan söküntü işləri davam etdirilir.

Belə ki, ötən il Nazirlər Kabinetinin verdiyi qərara görə, Bakıda 17 bina qəzalı olduğu üçün sökülməlidir. Burada yaşayan sakinlər də köçürüləcək.

Bundan əlavə, Səbail rayonundə, sürüşmə gedən ərazidən 92 ailənin köçürülməsinə qərar verilib. Həmin işlər yaxın günlərdə başa çatmalıdır.

Bundan başqa, keçmiş Sovetski adlanan ərazidə də əhalinin köçürülmə işləri hələ tam yekunlaşmayıb.

M.Sübhü, Vidadi, Tolstoy, Z.Adıgözəlov, A.Şaiq küçələrində söküntü gedən ərazilərdə qalan 24 evdən artıq 14-ü köçürülüb. Həmin ailələrin əksəriyyəti də MİDA-nın evlərinə köçüb.

Həmin ərazidə 10 ev qalıb. Orada qalan vətəndaşlar bazar qiymətindən qat-qat artıq pul istəyirlər. Bu səbdən də, onlar həmin ərazidən köçürülməyib.

Qeyd edək ki, söküntü gedəcək və əhalinin köçürüləcəyi binalar Sabunçu, Səbail, Bİnəqədi, Xətai, Yasamal rayonları ərazisində yerləşir.

Ən çox qəzalı bina isə Sabunçu rayonu ərazisində yerləşir.

Bunlar:

8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41,

Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı köhnə yaşayış binalarıdır.

Digər bina isə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi 150 ünvanında yerləşir.

Paytaxtın Səbail rayonunda 20-ci sahə, A.İsmayılov küçəsi 51 ünvanındakı binanın sökülməsi barədə qərar verilib. Sabunçu rayonunda isə yeddi bina kəskin qəzalı vəziyyətdədir. Bunlar:

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6,

Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi 27,

Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2,

Sabunçu qəsəbəsi, B.Bünyadov küçəsi, 7A,

Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, ev 8A,

Sabunçu qəs. 2 Aprel küçəsi-18,

Sabunçu qəs. D.Pişəvari küçəsi 13Q,

Sabunçu qəs. D.Pişəvari küçəsi 15 ünvanlarındakı köhnə tikililərdir.

Suraxanı rayonu ərazisində isə dörd binanın kəskin qəzalı olması barədə rəy verilib. Bunlar:

Suraxanı rayonu Park küç-32,

S.Bəhlulzadə dön-17 ev- 15,

İ. Məmmədov küç. 6,

İ. Məmmədov küç-8 ünvanlarındakı kəskin qəzalı binalardır.

Paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanında isə bir bina kəskin qəzalı olduğu səbəbindən söküləcək.

Tarix
2020.02.13 / 22:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla