Yuxarı

Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.

Axar.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən mənzildə bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markasız siqaretlərin saxlanılması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu məhkəmənin qərarı ilə həmin mənzildə əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Baxış zamanı mənzildən Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 208 min 200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2020.02.15 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla