Yuxarı

“Sədərək”də neçə mağaza yandı? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sədərək”də neçə mağaza yandı? – Rəsmi

Sədərək Ticarət Mərkəzində baş verən yanğında 20 mağazaya ziyan dəyib.

Bu Axar.az-a açıqlamasında ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib. O bildirib ki, yanğın 1000 kvadrat metri əhatə edib:

“Yanğın səhər saatlarında başlayıb. Həmin sırada ayaqqabı və paltarlar satılırdı. Yanğın hazırda söndürülüb və səbəbi araşdırılır. İlkin ehtimala görə, hadisə elektrikdə qısaqapanma səbəbindən baş verib”.

K.Qədim onu da bildirib ki, zərərçəkən sahibkarlara ticarət mərkəzinin rəhbərliyi tərəfindən yardım göstəriləcək:

“Yanan mağazaların bəzisinin sığortası da var. Rəhbərlik zərərçəkən sahibkarları yeni anbarlarla və mağazalarla təmin edəcək. Yanan mağazalar isə bərpa ediləcək. Sahibkarlara imkan daxilində köməklik də göstəriləcək”.

Tarix
2020.02.18 / 10:40
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla