Yuxarı

MTK-nın hasarı uçdu, maşın əzildi: sürücünü qovdular - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTK-nın hasarı uçdu, maşın əzildi: sürücünü qovdular - Foto

Ötən həftə paytaxtın Nizami rayonu Elşən Süleymanov 49 ünvanında yerləşən H+A MTK-ya məxsus binanın tikintisi üçün çəkilən təhlükəsizlik hasarını külək uçurdub. Nəticədə yaxınlıqda dayanın 90 PJ 985 nömrə nişanlı “Daevo Neksia” markalı avtomobilə ziyan dəyib.

Bu barədə Axar.az-a taksi sürücüsü kimi fəaliyyət göstərən avtomobilin sahibi Mirəli Seyidov məlumat verib. O bildirib ki, küləkli hava şəraitində sözügedən binanın təhlükəsizlik çəpəri avtomobilinin üzərinə düşüb:

“Fevralın 10-u səhər saatlarında Elşən Süleymanov 49 küçəsində, “Nazlı” şadlıq sarayının yaxınlığında avtomobilimi saxlamışdım. Həmin ərazidə yerləşən və tikinti təhlükəsizliyinə əməl edilməyən binanın hasarı qopub, maşınıma ziyan vurdu. Məsələni tikinti aparan MTK-nın mühafizə xidmətinə dedikdə mənə axşam yaxınlaşmağımı məsləhət gördülər. Növbəti dəfə onlar dediyi saatda yaxınlaşdıqda isə ziyanı ödəməyəcəklərini, hara istəyirəmsə, şikayət edə biləcəyimi deyib, məni uzaqlaşdırdılar”.

Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, sürücü buna görə polisə və məhkəməyə müraciət etməlidir.

Hüquqşünas Səməd Vəkilov isə saytımıza açıqlamasında sözügedən MTK sahibinin yol verdiyi səhlənkarlığa görə iki ilədək müddətə həbs edilə biləcəyini qeyd edib:

“MTK-nın tikintidə təhlükəsizlik qaydalarını pozması halı varsa, külək nəticəsində olsa belə, avtomobilə dəymiş zərər ödənməlidir. O məqamda həmin yerdə avtomobil deyil, insan da ola bilərdi. Təhlükəsizlik məqsədi ilə hasar çəkilirsə, külək də, digər hallar da nəzərə alınmalıdır və MTK bunları nəzərə almadığı üçün məsuliyyət daşıyır. Əgər MTK bu ziyanı ödəməkdən imtina edirsə, vətəndaş onu məhkəməyə verə bilər. Tikinti qanunvericiliyinin pozulması halı aşkarlanarsa, MTK sahibi Cinayət Məcəlləsinin 222.1-ci maddəsinə əsasən bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Qeyd edək ki, sığorta halı əsasən avtomobilə 200 manatdan yuxarı ziyan dəyəndə yaranır. M.Seyidov ziyanın daha az olması səbəbindən sığortaya müraciət etmədiyini bildirib.

Tarix
2020.02.18 / 13:25
Müəllif
Mahir, Nərmin
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla