Yuxarı

MSK məşhur videonu araşdırdı: “O, sənin üçün ölüb...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MSK məşhur videonu araşdırdı: “O, sənin üçün ölüb...”

MSK-nın iclasında 107 saylı Qazax seçki dairəsi üzrə namizəd olmuş Ramil Göyüşovun şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, məsələ barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, R.Göyüşov DSK-nın qərarından şikayət edib:

“Şikayətin araşdırılması zamanı çox maraqlı faktlar ortaya çıxıb. Müəyyən edilib ki, şikayətdə göstərilən faktların çox böyük əksəriyyəti öz təsdiqini tapmır. O, 12 seçki məntəqəsi üzrə 20-yə yaxın videogörüntü təqdim edib. Sosial şəbəkələrdə və mətbuatda yayılan “ölübdü, ölübdü, o sənin üçün ölübdü” videosu bu dairə ərazisindəki məntəqələrin birində çəkilib. Biz bu məsələni də araşdırdıq. Məsələ belədir ki, həm “o ölüb” sözünü deyən seçici, həm də məntəqə seçki komissiyalarının üzvü qonşu binalarda yaşayır. Ümumiyətlə, onlar hamısı yaxınlıqda yaşayır. Həmin sözü deyən seçici Rusiyaya gedib, onun xanımı isə iki uşağını da götürərək evi tərk edib və Bakıya gəlib. Bu fakt həmin şəxslərin izahatları ilə, həm də rəsmi dövlət orqanının – Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanının rəsmi arayışı ilə təsdiq olunub. Biz bir neçə mənbədən təsdiqləmişik ki, haqqında bəhs olunan xanım dünyasını dəyişməyib. Burada seçici olan kişi “ölüb” deyir, məntəqə üzvü də haqlı olaraq deyir ki, “o, sənin üçün ölüb”, yəni, “sən onun əlindən acıqlısan, o sənin üçün ölüb”.

Bu məsələ MSK-da gülüşlə qarşılanıb. MSK sədri Məzahir Pənahov bu seçkinin ən yaddan qalan hadisəsinin məhz bu hadisə olduğunu bildirib.

Tarix
2020.02.20 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla