Yuxarı

AZAL biletlərin bahalaşmasını təsdiqlədi – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL biletlərin bahalaşmasını təsdiqlədi – Rəsmi

AZAL manatın məzənnəsinin devalvasiya olunması ilə əlaqədar təyyarə biletlərində qiymət artımını təsdiqləyib.

Bu barədə Axar.az-a açıqlama verən AZAL QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, qiymət artımı ancaq beynəlxalq uçuşlara aid biletlərə edilib.

M.Səfərlinin sözlərinə görə, ölkədaxili uçuşlarda heç bir qiymət artımı edilməyib:

"Qiymət artımı ölkədaxili hava xətlərinə aid deyil. Biletləri avronun kursu ilə satırıq. Bu da Beynəlxalq Nəqliyyat Assosiasiyasının tələbidir. Demək olar ki, beynəlxalq uçuşlarımızın hamısında qiymət artımı var. Ancaq Azərbaycan Hava Yolları biletlərin qiymətini artırmayıb".

Qeyd edək ki, manatın məzənnəsinin dəyişməsindən sonra aviabiletlərin də qiyməti qalxıb.

Fevralın 22-də Bakı-İstanbul reysinin qiyməti əvvəl 260,98 manat olduğu halda indi 342,87 manat olub. Bakı-Moskva-Bakı reysinin qiyməti isə 351,25 manatdan 468,15 manata yüksəlib.

Tarix
2015.02.24 / 14:03
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla