Yuxarı

Bakıda sevgililər özlərini dənizə atdı, biri öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sevgililər özlərini dənizə atdı, biri öldü

Bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməmsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakı Bulvarı ərazisində görüşdükdən sonra əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.

Məlumata görə, Nəzakət Rzazadə Azərbaycan Tibb Universitetinin tələbəsi olub.

Yaxınlarının bildirdiyinə görə, 22 yaşlı Nəzakətlə həmkəndlisi, 1995-ci ildə anadan olmuş Babahüseyn Məmmədov bir-birlərini seviblər. Lakin qızın ailəsi onun Babahüseynlə ailə qurmasına qarşı çıxıb.

Ötən gecə Nəzakət Rzazadə bulvar ərazisinə gələrək valideynlərinə zəng edib. O, həyatdan bezdiyini, özünü öldürəcəyini deyib. Atası gənc qızı fikrindən daşındırmağa çalışsa da o, özünü dənizə atıb. Hadisə vaxtı qızın ardınca bulvara gələn 25 yaşlı Babahüseyn Məmmədov özünü suya ataraq Nəzakəti çıxarmağa çalışsa da, onu tapa bilməyib. Bulvarın mühafizəçilərinin köməkliyi ilə B.Məmmədov sudan çıxarılıb.

Bildirilir ki, Bakıdakı ticarət mərkəzlərindən birində çalışan B.Məmmədov dünən axşam bərbərlik kursunda olub. Ona görə də bulvara tez çata və Nəzakətə vaxtında mane ola bilməyib. O, dəniz sahilində-suyun üzərində gödəkçə görərək özünü suya, atıb. Lakin gödəkçənin boş olduğu məlum olub.

Hazırda N.Rzazadənin meyitinin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, N.Rzazadənin valideynləri qızı Babahüseynə verməyə əvvəlcədən razılaşmasalar da, son anda onların evliliyinə razılıq veribmiş.

Tarix
2020.02.25 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla