Yuxarı

İcra Hakimiyyəti başçını “sildi”, həbs edilən müavini isə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra Hakimiyyəti başçını “sildi”, həbs edilən müavini isə...

Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla saxlanılan rayonun icra başçısı İsmayıl Vəliyevin adı icranın rəsmi saytından çıxarılsa da, onunla birgə həbs edilən icranın digər əməkdaşlarının adları hələ də saytdadır.

Axar.az xəbər verir ki, başçının birinci müavini Vurğun Əkbərov da “virtual olaraq” vəzifədə, faktiki isə həbsxanadadır.

Həmçinin başçının digər müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqovanın da adı saytdan çıxarılmayıb. Halbuki G.Sadıqova məlum əməliyyatdan sonra tutduğu vəzifədən azad edilib və icra hakimiyyətindəki otağı da artıq boşaldılıb.

Xatırladaq ki, 20 fevral tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, eləcə də Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıb.

Saxlanılanlar barədə Səbail Rayon Məhkəməsi həbs qərarı verib.

Tarix
2020.02.26 / 10:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Ukraynalı nazir Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

Bayramov Koşerbayevi qəbul etdi - Foto

Bu, bütün dünya üçün təhlükədir - Deputat

İlham Əliyev Pezeşkiana zəng edib, təbrik etdi

İran danışığa məcbur edilib, deməli... – Zülfüqarov

ABŞ, İsrail və İran məğlubdur: Qaliblər sırasında isə Bakı da var

İrana elə bir zərbə vuruldu ki... - Ayağa qalxa biləcək?

İlham Əliyev qazaxıstanlı nazirləri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla