Yuxarı

Komissiya çox vacib qərarlar qəbul edib - Kamal Abdulla

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komissiya çox vacib qərarlar qəbul edib - Kamal Abdulla

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayevlə görüş keçirilib.

Kult.az xəbər verir ki, ADU-nun professor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirak etdikləri tədbiri giriş sözü ilə açan rektor, akademik Kamal Abdulla bunları deyib:

“Ali Attestasiya Komissiyası yeni tələb və təklifləri ilə işin keyfiyyətinin artması yönündə son dərəcə vacib və əhəmiyyətli qərarlar qəbul edib. Bu qərarların Azərbaycan elminin inkişafında müstəsna faydasını biz gələcək illərdə görəcəyik. Elmin əvvəlki nüfuzunun bərpa olunması və ona olan marağın artırılması qarşıda duran əsas prioritet məsələlərdəndir”.

Rektor əlavə edib ki, Ali Attestasiya Komissiyası əlindən gələn işi ən yüksək səviyyədə görür və bu da son vaxtlar müdafiə işlərində, seminarlarda və elmi məqalələrin sanbalında müşahidə olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev rəhbərlik etdiyi qurumla ADU arasında qarışılıqlı əməkdaşlığın universitetin elmi potensialının möhkəmlənməsinə, elmi araşdırmaların səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib:

“Hər sahədə olduğu kimi, elm sahəsində də yeniliklərin və müasir normativ tələblərin yerinə yetirilməsinə ehtiyac var. Bu mənada təklif olunan yeniliklər və tələblər bizim üçün çox önəmlidir. Ümid edirik ki, gənc alimlərin yetişməsində və onların elmi bacarıqlarının daha da inkişaf etdirilməsində bu dəyişikliklərin müstəsna rolu olacaq”.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları ətraflı cavablandırılıb.

Tarix
2020.02.28 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

Gürcüstan Qırmızı Körpüdə rüsumsuz ticarətə icazə verdi

Türkiyə və Azərbaycan arasında mühüm saziş imzalandı

Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi...

Trampın həll etdiyi yeganə münaqişə budur - Knaysl

Rus işğalına səs verən Venesuala “haqqını” aldı: Sırada bu ölkədir!

İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar

Maduronu 3 saata götürən “Delta”: Bu gizli qrup nəyə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla