Yuxarı

Mart ayına olan hava proqnozu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mart ayına olan hava proqnozu

Mart ayında hava şəraitində keçid dövrünə xas olan tez-tez dəyişiklik müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, mart ayında ümumi temperatur rejiminin dəyişkən olmasına baxmayaraq, orta aylıq temperaturun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 17-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 4-8 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 15-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-44 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 0-4 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, ayın ikinci yarısının bəzi günlərində 17 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 15-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-48 mm olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, ayın ikinci yarısının bəzi günlərində 15-17 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-90 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 9-14, ayın ikinci yarısının bəzi günlərində 16-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-45 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 8-13, ayın ikinci yarısının bəzi günlərində 16-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Tarix
2015.02.27 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla