Yuxarı

Koronaya görə azanın sözləri dəyişdirildi... - Hacı Şahin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronaya görə azanın sözləri dəyişdirildi... - Hacı Şahin

Bir çox müsəlman ölkəsində koronavirusla bağlı tədbirlər çərçivəsində cümə namazları və kütləvi ibadətlər bir müddət qadağan edilib. Bəzi müsəlman ölkələrində isə azan verilərkən “hər kəs namaza” ifadəsi “hər kəs namazı evdə qılsın” ifadəsi ilə əvəzlənib.

Bu çağırış Azərbaycanda verilən azanlarda da tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahinin fikrincə, azanın sözlərinin dəyişdirilməsinə ehtiyac yoxdur:

“Azanın sözlərində heç bir dəyişiklik etmək olmaz. Düzdür, bu gün dünyada koronavirus pandemiyası yayılmaqdadır. Bu virusun qarsının alınması üçün insanlara evlərində ibadət etmələri məsləhət görülür. Lakin bunu azanın sözlərinə dəyişikliklə etmək, məncə, doğru deyil. Hər dəfə bu kimi hallara görə azana bir dəyişiklik etsək, azandan əsər-əlamət qalmaz. Bu baxımdan azanın mətni həmişəki kimi sabit qalmalıdır”.

Hacı Şahin qeyd edib ki, virusla bağlı məsələdə əsas öhdəlik tibb mütəxəssislərinin üzərinə düşür:

“Bu gün ölkəmizdə də koronavirusla bağlı qabaqlayıcı tədbirlər görülür. Bu məsələdə din alimlərinin də fikri birmənalıdır. Hazırkı vəziyyətdə cümə namazlarının kütləvi qılınması doğru deyil. Nəzərə almaq lazımdır ki, kütləvi məkanlarda xəstəlik daha çox yayılır. Bir çox müsəlman ölkəsində də dini məkanlarda bənzər qabaqlayıcı tədbirlər görülüb”.

Tarix
2020.03.17 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla