Yuxarı

Tanınmış jurnalist tələbələrə mühazirə oxuyub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış jurnalist tələbələrə mühazirə oxuyub

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbələri ilə görüşüb.

BDU-dan modern.az-a verilən məlumata görə, "Azərbaycan informasiya agentlikləri: təşəkkülü və inkişafı" fənnində qonaq kimi iştirak edən Seymur Verdizadə özünün 17 illik mətbu təcrübəsini tələbə-jurnalistlərlə bölüşüb. JAM sədri Ankaradakı Qazi Universitetində təhsil aldığı illərdən, qardaş Türkiyə və Azərbaycan jurnalistikasının fərqli və oxşar cəhətlərindən, türkiyəli köşə yazarlarının onun həyatı və sonrakı fəaliyyətinə təsirindən danışıb.

S.Verdiazdə həmçinin 1998-2000-ci illərdə 28 min tirajla çap olunan "Bu gün" qəzetindəki fəaliyyətindən, ümumən Azərbaycan jurnalistikasının vəziyyətindən bəhs edib. Eyni zamanda jurnalist peşəkarlığının sirlərindən danışan S.Verdizadə tələbələri sözlə ehtiyatlı davranmağa çağırıb:

"Jurnalist istədiyi mövzuda məqalə yaza bilər. Amma yazı hazırlayarkən faktlardan çıxış etməli, heç kimin əlində alətə çevrilməməlidir. Söz qənbər parçası deyil ki, onu kiminsə başına vurasan. Jurnalist əlindəki qələmi soyuq silaha çevirməməlidir. Sözlə elə davranmaq lazımdır ki, tənqid olunan adam belə, yazıdan zövq alsın. Sözü işgəncə alətinə çevirmək olmaz. O, müqəddəsdir".

Sonda çoxsaylı sualları cavablandıran qonaq tələbələrə uğurlar arzulayıb.

Tarix
2015.03.04 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla