Yuxarı

Ölkədə 617 marşrut üzrə avtobusların fəaliyyəti... - DANX

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə 617 marşrut üzrə avtobusların fəaliyyəti... - DANX

Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart 2020-ci il tarixli Qərarına uyğun olaraq 24 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə üzrə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Axar.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə görə, ölkə ərazisində 617 marşrut üzrə şəhərdaxili və rayondaxili daşımalarda fəaliyyət göstərən avtobuslar, həmçinin qanunvericiliyə uyğun müvafiq qaydada işləyən taksi nəqliyyat vasitələri və sözügedən marşrut xətlərini əlaqələndirən avtovağzal və və avtostansiya kompleksləri adi iş rejimində çalışacaq:

“Belə ki, hər hansı şəhər və ya rayon ərazisində fəaliyyət göstərən daxili marşrutlar adi qaydada fəaliyyətlərini davam etdirəcək. Sərnişinlərin şəhər və ya rayon mərkəzindən həmin şəhərin kənd və qəsəbələrinə gediş-gəlişi təmin ediləcək.

Eyni zamanda bildiririk ki, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində sərnişindaşımaya məhdudiyyət olmadığından onları əlaqələndirən marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək və sərnişin axınına uyğun avtobusların sayı tənzimlənəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinlərdən xahiş edir ki, zəruri səbəbləri yoxdursa, nəqliyyat vasitələrindən maksimum az istifadə etsinlər”.

Tarix
2020.03.24 / 15:02
Müəllif
Axar.az
Digər xəbərlər

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla