Yuxarı

Heydər Əliyev Fondu 500 min vəsait köçürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev Fondu 500 min vəsait köçürdü

Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürdüb.

Axar.az xəbər verir ki, Heydər Əliyev Fondu daim öz himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərib. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb, qeyd olunan müəssisələr dezinfeksiya edilib, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin tətbiq olunması üçün zəruri təşkilati dəstək göstərilib.

Bununla yanaşı, virusa yoluxmada risk qrupuna daxil olan ahıl vətəndaşların məskunlaşdığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsində xidməti personalın kənar mühitlə təmasını maksimum məhdudlaşdırmaq üçün Fondun təşkilatçılığı ilə uzunmüddətli növbəli sistem yaradılıb.

Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən buna qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın işinə dəstək olaraq müxtəlif tibb müəssisələrinə maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr verilib və bu istiqamətdə yardımlar davam edir.

Tarix
2020.03.24 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla