Yuxarı

Bu şəxslərə evlərində xidmət göstərilməsinə başlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərə evlərində xidmət göstərilməsinə başlandı

Prezident İlham Əliyevin göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində gündəlik sosial xidmətlərin göstərilməsinə başlanılıb.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərindən bəhs edərkən dövlətimizin başçısı xüsusilə yaşlı insanların qorunmalı olduğunu qeyd edib, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilməsini tapşırıb, könüllülərimizin də bu işlərə qoşulmalı olduqlarını bildirib.

Respublika üzrə 10 mindən çox yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlər (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilir.

Bu sahədə işlər DOST və ASAN könüllüləri, YAP könüllüləri, həmçinin Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və SƏLİS Birliyinin könüllüləri cəlb edilməklə yerinə yetirilir.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində sosial məsuliyyətdən çıxış edən Azərmaş ASC-nin təşəbbüsü olan “Böyüklərimizi qoruyaq!” sosial aksiyası da yaşlıların evdə sosial xidmətlə təminatına mühüm dəstəkdir. Aksiya çərçivəsində müəssisə sosial xidmətçi və könüllülərin çağırılan ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmələri üçün 100 avtomobil və sürücü ayırmaqla, onlara ödənişsiz taksi xidmətini təşkil edib. Bu da tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilinə yönəlib.

Eyni zamanda Fövqəladə Hallar Nazirliyi, Azərpoçt MMC də öz dəstəyini verməkdədir.

Sosial xidmətçilər, könüllülər və sürücülər lazımi qoruyucu vasitələrlə təmin ediliblər və xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən olunmuş məsafə saxlanılmaqla həyata keçirilir.

Tarix
2020.03.25 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla