Yuxarı

Mobil operatların koronaya görə güzəştləri - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:20

Artıq bəzi şirkətlər və qurumlar xüsusi karantin rejimi ilə əlaqədar olaraq ölkədə başladılan "Evdə qal" kampaniyası çərçivəsində əhaliyə dəstək olmaq üçün müəyyən yardımlar və güzəştlər edirlər. Bu şirkətlər arasında mobil operatorların yer almaması isə əhali tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq "Azercell"dən bildirilib ki, şirkət abunəçiləri üçün bəzi tətbiqlərə müəyyən endirimlər edib:

"Azercell" təqdim etdiyi "Busuu" - dil öyrənmə tətbiqində qoşulmaya 50% endirim, "Zvuk" musiqi tətbiqində isə mobil internet trafikindən pulsuz istifadə kampaniyaları təqdim edib. Abunəçilər həmin güzəştlərdən rahatlıqla yararlana bilərlər".

"Bakcell"dən bildirilib ki, koronavirusla mübarizədə şirkət vətəndaşlara bir sıra yardımlar edib:

"Bakcell" Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb.

"Bakcell" əməkdaşları bu günlərdə karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü, karantində olan insanlara isə dəstəyini ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərir. Həmçinin, şirkət müəyyən karantin məntəqələrində çalışan tibb işçilərinə 100 manat, karantində olan vətəndaşlarımıza isə 50 manat məbləğində ödəmə kartları göndərib.

22 mart tarixindən etibarən "Bakcell" abunəçiləri öz telefonlarının ekranlarında “Evdə qal” çağırışını görürlər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün "Bakcell" abunəçiləri üçün pulsuzdur. Həmçinin, şirkət öz abunəçilərinə xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib.

Qeyd olunan tədbirlərlə yanaşı "Bakcell" şirkəti abunəçilərimiz və bütün ölkə vətəndaşlarımızın sağlamlığına töhfə verə biləcək digər mühüm layihələr üzərində işləyir və bu layihələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

"Nar"dan isə qeyd edilib ki, şirkət abunəçilər üçün sərfəli internet paketləri təqdim edib:

“Nar” ölkəmizdə koronavirusla mübarizə aparan tibb personalını, o cümlədən, xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib. Belə ki, “Nar” TƏBİB ilə bərabər xüsusi rejimli xəstəxanalara 50 manat dəyərində “Nar” ödəmə kartlarının paylanmasını təşkil edib. Eyni zamanda, “Nar” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 qaynar xətt nömrəsinə zəngləri tamamilə ödənişsiz edib. Bundan başqa abunəçilərin rahatlığı üçün “Nar”dan əla təkliflər də var. Belə ki, internet paketlərində meqabaytlar bitsə də, istifadə müddətinin sonuna qədər onlar üçün internet pulsuzdur. İrihəcmli “XL”, “2XL” və “3XL” paketlərində isə gecələr internet pulsuz və limitsizdir. Üstəlik, internet paketlərində Votsap da pulsuzdur. Həmçinin “Nar” istifadəçilərinə ikiqat internet təklif edən “CavanNar” tarifindən də yararlana bilərlər. Bu tarifdə abunəçilərə 5GB internet trafiki ilə yanaşı, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə təqdim olunur. Paketin qiyməti isə cəmi 10 manat təşkil edir".

Tarix
2020.04.01 / 21:07
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Türk dünyasının ortaq xəritəsi yaradılır - Foto

Mehriban Əliyeva Prezidenti bu sözlərlə təbrik etdi

ABŞ səfirliyinin bu bəyanatı... - İcma

XİN-dən ABŞ səfirliyinə cavab

Liderlər İlham Əliyevi təbrik edir

Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Nazarbayev İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla