Yuxarı

Baş nazirlə danışdım, o da razılıq verdi – Şeyx

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusdan ölən şəxslərin dəfn prosesində iştirak edəcək din xadimləri ilə bağlı ötən gün Baş nazir Əli Əsədovla danışdım.

Axar.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində deyib. O bildirib ki, dəfn mərasimində iştirak edəcək din xadimlərinin siyahısı hazırlanacaq:

“İnsanların vəfat etməsi ilə bağlı öncədən nəsə demək mümkün deyil. Baş nazirə bəzi məsələləri dedim və o da razılığını verdi. Fəqət bu xəstəlikdən ölənlər tək müsəlmanlar deyil. Ona görə də mən həm xristian, həm də yəhudi icması ilə danışıqlar aparmışam. Yəqin ki, başqa dinlərlə birlikdə bizim xüsusi siyahımız olacaq. Həmin siyahı Nazirlər Kabineti yanında Operativ Qərargaha göndəriləcək. Onlar da bunu Daxili İşlər Nazirliyinə təqdim edəcəklər və həmin şəxslər üçün xüsusi icazələr veriləcək. Mən düşünürəm ki, belə olacaq. Çünki bunun başqa yolu yoxdur. Biz ölüm halının nə zaman baş verəcəyini bilmirik. Amma bizim əməkdaşlar hər zaman hazırdırlar. Bu sahədə bizim heç bir narazılığımız olmayacaq və bütün lazımi şərait yaradılıb”.

Tarix
2020.04.04 / 16:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla