Yuxarı

Zibili atmaq üçün icazəyə ehtiyac yoxdur - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zibili atmaq üçün icazəyə ehtiyac yoxdur - Rəsmi

"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir. Vətəndaşlar evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.

Axar.az Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən 8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən sualların cavablarını təqdim edir.

8103 qısa nömrəsinə SMS göndərdikdən sonra vətəndaşın avtomobili üçün də icazə almasına ehtiyac yoxdur. Müvafiq zəruri hala əsasən müraciəti təsdiqlənən şəxslərin qeyd olunan müddət ərzində şəxsi və ya etibarnamə əsasında idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətinə icazə verilir.

Vətəndaşlar SMS göndərdikdən sonra 1 saat ərzində müraciətlərinə cavab gəlməzsə, o zaman onlara "ASAN xidmət" in 9108 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlamaları tövsiyə olunur.

8103 SMS icazə sisteminə "2" kodu ilə əlaqədar gün ərzində 1 dəfə SMS göndərilməsi mümkündür. Digər kodların göndərilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb.

Azərbaycan Respublikasının vətəndaşları üçün müvafiq icazə kodu, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn 2 AZE11111111 və ya 2 AA1111111) yazılıb 8103 qısa nömrəsinə SMS-lə göndərilməlidir.

Məişət tullantısını atmağa getmək üçün icazə alınmasına ehtiyac yoxdur. Vətəndaş məişət tullantısını atıb geri qayıtmalıdır.

Vətəndaş evdən çıxmasına dair SMS icazə sistemi vasitəsilə icazə verilən müddətdən gün ərzində yalnız bir dəfə istifadə edilə bilər.

Tarix
2020.04.07 / 01:21
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

Rusiyaya sanksiyalar son mərhələdədir - Zelenski

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla