Yuxarı

Bu, çıxış yolu deyil, nazirlik hərəkətə keçəcək – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Distant təhsillə əlaqədar olaraq “Virtual məktəb”in yaradılması, teledərslərin keçirilməsi, müəllimlərin “zoom” proqramı ilə dərslərini davam etdirməsi təhsil adına müsbət addımdır. Ancaq bu, vəziyyətdən çıxış yolu deyil.

Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov koronavirus pandemiyası səbəbindən müvəqqəti olaraq keçirilən distant təhsil, “Virtual məktəb” və teledərslərin keyfiyyəti, məktəblilərin yaşadığı çətinliklər barədə danışarkən deyib.

Təhsil eksperti bildirib ki, bu gün hər bir məktəblinin onlayn formada keçirilən dərslərdə iştirak etməyə maddi-texniki imkanı yoxdur:

“Müəllimlərin “zoom” proqramı, hətta Vatsap və ya “Virtual məktəb” vasitəsilə keçdikləri dərslərə hər şagird qoşula bilmir. Hətta qoşulsalar belə, çoxu bu cür dərs formasına adət etmədiyi üçün çətinlik çəkir. Bizdə distant təhsil ənənəsi olmadığı üçün lazımi effekt vermir. Məhz bu baxımdan bizim təhsil Avropadan, dünyanın inkişaf etmiş ölkələrinin təhsilindən bir qədər geri qalır.

Bu sistemin Azərbaycanda tam oturuşması üçün 3 ildən 5 ilə qədər vaxt lazımdır. Yəni bu sistemə tam olaraq keçmək və oturuşmaq 3-5 ayın işi deyil”.

E.Qafarov deyib ki, distant təhsildə geri qalma səbəbimiz məktəblilərin hər birində kompüter, noutbuk, planşetin olmamasıdır:

“Əksər uşaqlar “Virtual məktəb”ə valideynlərinin telefonu ilə qoşulur. Evdə iki-üç uşağı olan ailələr var. Kompüter isə adətən bir ədəd olur. Belə olduğu halda uşaqlardan biri dərsdən geri qalır. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında müəyyən olunmuşdu ki, hər şagird bir planşetlə təmin edilsin. Bu, 1-ci sinifdən 11-ci sinfə qədər uşaqları dərsliklərlə təmin etməkdən daha ucuz başa gəlir. Əgər hər bir məktəblinin onlayn təhsil üçün lazımi resursu olarsa, bu kimi durumlarda heç bir problem yaşanmaz”.

Ekspert bildirib ki, Təhsil Nazirliyi pandemik vəziyyət düzəldikdən sonra distant təhsilin üzərinə düşəcək və bu istiqamətdə olan mövcud problemlərin həlli üçün əlindən gələni edəcək:

“Həmçinin Təhsil Nazirliyi hər bir məktəbə öz rəsmi Yutub kanalını yaratması ilə bağlı tapşırıq verməli və hər bir müəllim də dərs tapşırıqları ilə bağlı video-süjetlər hazırlamalıdır. Rusiya və Avropa ölkələrinin məktəbliləri pandemik vəziyyətdən məhz bu səbəbdən çox əziyyət çəkmədi. Dərslər dayandırılsa da, şagirdlər onlayn formada dərs keçməkdə problem yaşamadılar”.

Tarix
2020.04.15 / 14:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla